Honda gələn il Red Bull-a kömək edəcək

Honda şirkəti ilin sonunda Formula1-dən ayrılsa da, 2022-ci ildə Red Bull-a dəstək olacaq.

F-1.az xatırladır ki, yaponların idmandan ayrılmasına baxmayaraq, Red Bull və AlphaTauri komandaları Honda motorundan istifadə etməyə davam edəcəklər. Buna görə də Red Bull xüsusi motor şöbəsi açıb.


Ancaq Honda motorçuları rəsmən bildiriblər ki, gələn il Red Bull komandasına kömək edəcəklər. Söhbət Red Bull Powertrains şirkətinə Honda-nın beyin mülkiyyətinin tədricən verilməsindən gedir. Yapon motorçular komandaya gələn il güc qurğusuna qulluqda kömək edəcəklər.

2023-cü ildən isə Red Bull Powertrains tam müstəqil şirkət kimi fəaliyyət göstərəcək…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*