Honda gələn il Red Bull-a dəstək olacaq

Honda motorsport-un rəhbəri Masaşi Yamamoto bildirib ki, 2022-ci ildə də Red Bull-a texniki dəstək verəcəklər.

F-1.az xatırladır ki, yaponiyalı motor istehsalçısı ilin sonunda Formula1-dən ayrılır. Ancaq hazırda Red Bull-un bazasında mühərrik şöbəsi qurulur. Motorun bütün qulluğunu Red Bull edəcəyi üçün bazaya yeni işçilər də cəlb olunur.

Masaşi Yamamoto: “Gələn il motorun bütün texniki dəstəyini verəcəyik, çünki gələn mövsüm hər iki tərəf üçün keçid ili olacaq. Onlara texniki cəhətdən kömək edəcəyik. 2023-cü ildən sonra Red Bull özü hər şeyi həll etməlidir. Düşünürük ki, özləri həll edə bilərlər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*