F-1.az xatırladır ki, Azərbaycanda 1 bolidin daxiliyanma mühərriyi, MGU-H generatoru və turboları dəyişdirilmişdi. Lakin Red Bull və AlphaTauri güc qurğusunda heç bir dəyişiklik etməmişdi.
Xarici resursların verdiyi xəbərə görə Honda yenilikləri Azərbaycancana tələskərək tez gətirmək istəməyib. Buna görə də özlərini təminat altına almaq üçün Fransa Qran Prisini seçiblər. Honda bu yeniliklərlə etibarlılığı artırmaq istəyir. Yaponiyalı motor istehsalçısı yeni mühərriyin hesabına həm Red Bull-da, həm də AlphaTauri-də yaranan titrəmənin qarşısını almağı planlaşdırır.. Qeyd edək ki, bu titrəməyə görə komandalar motoru tam gücdə istifadə edə bilmirlər. Motorda proqramlaşdırma və sazlanma ilə bağlı yeniliklər də olacaq.
Lakin yaponiyalılar bu xəbərləri hələ də təsdiqləməyiblər.