Honda növbəti Fransa yarışına yeni mühərriklərlə gələcək.
F-1.az bildirir ki, yaponiyalılar builki üçüncü və son mühərriklərinə keçəcəklər. Honda ikinci versiya mühərriyini Azərbaycan yarışına gətirmişdi. Yaponlar bundan sonra güc qurğusu ilə bağlı yenilik gətirəcəyi halda, cəza alacaqlar.
Helmut Marko: “Honda ilə olan layihəmizə güvənirəm. Performansımızı artırmaq üçün çox işləyirik. Görək sonrakı yarışlarda necə olacaq. Daha çox güc və balanslı maşın çox fərqli görünəcək”.