F-1.az xatırladır ki, qonaqların arasında Honda Racing Corporation-in prezidenti, şirkətin avtoidman yarışlarına cavabdeh olan Koiji Vatanabe də olub. O, jurnalistlərə verdiyi müsahibəsində açıq şəkildə bildirib ki, hazırda Honda F1-ə qayıtmaq barədə düşünmür, amma gələcəkdə belə bir ehtimalın olmasını da inkar etmir.
Koiji Vatanabe: “Formula1 avtoidmanın zirvəsidir, buna görə də, çempionatda baş verənləri daima izləyirik. Şirkətdə 2026-cı illə bağlı heç bir müzakirə etməmişik və heç bir planımız yoxdur, lakin qapıları da tam bağlamamışıq. Başa düşdüyüm qədərilə, F1 gələcəkdə karbon neytrallığına nail olmağa çalışır, biz də bu məsələdə eyni istiqaməti izləyirik. Buna görə də, çempionata qayıdacağımı halda planlarımızdan kənara çıxmalı olmayacağıq. Əgər biz 2026-da yenidən qayıtmaq istəyiriksə, bununla bağlı qərarı növbəti ilyarımda verməliyik”.