Honda: “ERS problemini həll etdik”

Honda komandası bildirib ki, onlar testlərin son günündə problem yaşasalar da, ERS-i xeyli təkmilləşdiriblər.

F-1.az xatırladır ki, McLaren Honda testlərin son günü soyutma sistemində problem yaşayıb və cəmi 3 dövrə vurub.

Honda-nın yeni avtoidman rəhbəri Yusuke Haseqava ilk testlər barədə təəssüratlarını bildirib: “Testlərin son günündə soyutma sistemində ciddi sızıntı oldu və ona görə də boksdan çıxa bilmədik. Problemi anlamaq və həll etmək vaxtımızı aldı.

İlk testin yaxşı tərəflərinə baxsaq, onu deyə bilərəm ki, ERS sistemini inkişaf etdirmişik.

Bundan başqa biz bildik ki, güc qurğusunun bəzi yerlərində etibarlılıqla bağlı problemlər var və bunların üzərində işləyəcəyik. İkinci testlərdə performansı və məhsuldarlığı artırmaq üçün işləyəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*