Honda-da ağır itki

Honda uzun müddətdir komandada işləyən Jil Simonla yollarını ayırıb.

F-1.az xatırladır ki, Jil 5 il əvvəl Honda-da məsləhətçi kimi işə başlamış və yaponlar McLaren-lə Formula1-ə daxil olandan sonra da bu işə davam etmişdi. Amma o dövrdən bəri alınan nəticələr sözün əsl mənasında bərbad olub. Buna görə də Honda birinci qış testlərindən sonra 59 yaşlı mütəxəssislə yollarını ayırıb. Simon müqaviləyə əsasən iyul ayına qədər heç bir komandaya transfer oluna bilməz.

Qeyd edək ki, Simon 1993-cü ildə Jan Todtla Ferrari-yə transfer olunmuş və italyanların heyətində motor və mühərrik şöbəsinin rəhbəri Paolo Martinellinin köməkçisi olmuşdu. Simon 2006-cı ildə şöbənin rəhbəri təyin edilmiş və 2009-cu ildə vəzifəsindən getmişdi. Jilin əvəzinə rəhbərliyə Luka Marmorini keçmişdi.

Simon 2009-2013-cü illərdə FİA-da işləmiş və daha sonra Honda-nın mühərrik şöbəsinə transfer olunmuşdu.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*