Honda 2017-ci ilin mühərrik konseptini hazırlayıb

Honda Motorsport-un rəhbəri Yusuke Haseqava bildirib ki, 2017-ci il üçün hazırladıqları güc qurğusu konseptini tamamlamağa az qalıb...

F-1.az xatırladır ki, yaponlar 7 illik fasilədən sonra 2015-ci ildə Formula1-ə qayıtmış və çoxlu problemlərlə üzləşmişdilər.

Yusuke Haseqava: “Konsept demək olar ki, bitib və artıq dinamik stendlərdə dözümlülük testlərinə başlamışıq. Gələn mövsümə qədər dözümlülüyü artırmaq üçün testlərə davam edəcəyik. 2016-cı ilin mühərriyində dözümlülüyü artırmaq üçün işləyirik və bu, bizə 2017-ci il üçün kömək edəcək.

Xırdalıqlardan danışmaq istəmirəm, amma güc qurğusu ilə bağlı qaydalar dəyişməz olaraq qalacaq. Buna görə də, 2016-cı ildə öyrəndiyimiz bəzi şeylərdə gələn il istifadə edə bilərik. Yarışlarda əldə etdiyimiz məlumatlar və sazlanmalar gələn il üçün dəyərli olacaq. Həmçinin şərti ballar sisteminin ləğvi də bizə kömək edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*