F-1.az xəbər verir ki, Red Bull komandası mühərrik üçün Mercedes və Ferrari-dən rədd cavabı aldıqdan sonra Honda-ya üz tutmuşdu. Honda Motorsport buna razı olsa da, McLaren Group-un başçısı Ron Dennis veto haqqından istifadə edərək bunun qarşısını almışdı.
Bu barədə danışan Yasuhisa Arai bildirib: “Biz hər zaman başqa komandanı da mühərriklə təchiz edə bilərik. McLaren komandası ilə olan müqavilənin detalları barədə danışmaq istəmirəm, amma bizdən əlavə bir və ya iki komanda mühərrik istəsə, bunu McLaren ilə müzakirə edəcəyik. İki komandaya mühərrik versək, etibarlılılıq sahəsində inkişaf edə bilərik”