Hollandiya QP təqvimə qayıdır?

Zandfort trasının həmsahibi Şahzadə Bernhard bildirib ki, 2020-ci ildə Formula1 təqviminə qayıda bilərlər.

F-1.az xatırladır ki, zanbaqlar ölkəsi Formula1-i sonuncu dəfə 1985-ci ildə qəbul edib.

Şahzadə Bernhard: “Liberty Media rəhbərliyə gələndən sonra idmanı daha yaxşı vəziyyətə gətirmək üçün işləyirlər. Nə etməli olduqlarını və insanların nəyi çox istədiklərini bilirlər. Buna görə də qısa müddət ərzində uğurlu olacaqlarını düşünürəm.

Məncə, köhnə traslar bu idman üçün vacibdir və onların təqvimə qayıtması lazımdır. Biz Hollandiya Qran Prisinin qayıtması üçün əlimizdən gələni edəcəyik. 2020-ci ildən tez yarış gözləmirik, amma bu idmanı burada istəyən çoxdur. Ümid edirəm ki, yaxşı nəticə qazanarıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*