Nürburqrinq və Hokkenhaym maliyyə məsrəflərini yarı bölməklə növbə ilə Almaniya Qran Prisini qəbul edirlər, amma bununla daimi rəqiblərin əməkdaşlığı qurtarmır – Hockenheimring GmbH-nin keçmiş kommersiya direktoru Karl Yozef Şmidt iyulun 1-dən Nürburgring Automotive GmbH-nin əməkdaşı olacaq.
Şmidt Hokkenhaymda bir neçə il işləyib və Berni Ekklstounla Qran Prinin keçirilməsi üzrə müqavilənin uzadılması danışıqlarını aparmışdı, indi isə Karl Nürburqrinqin kommersiya şöbəsini gücləndirəcək.
Yorq Lindner, Nürburqrinqin kommersiya direktoru: “Bizim şöbəyə əsil ekspert gəlir, Karl yarış traslarında biznesin aparılması xüsusisyyətlərini əla bilir. Onun uzunmüddətli təcrübəsi bizə işimizdə kömək edəcək.”