Hokkenhaymda Mortara, çempionatda isə Vittmannın qələbəsi

DTM mövsümünün son yarışında iki sürücünün və onların komandalarının gərgin mübarizəsi Audi və Edoardo Mortaranın xeyrinə başa çatıb. Amma çempionatda italiyalı sürücü BMW-dən Marko Vittmanna uduzub...

F-1.az xatırladır ki, mövsümün son yarışı ərəfəsində Marko 17 xal rəqibindən öndə olduğu üçün hər şey sadə və aydın idi: çempionluğu bayram etməsi üçün Vittmanna ilk beşlikdə finiş görmək kifayət idi. İlk döngələrdə 3-cü yerə yüksələn almaniyalı sürücü məqsədininin reallaşmasını bir az asanlaşdırıb.

Amma hamının diqqəti Mortarada olub. Elə də yaxşı start almayan italiyalı sürücü ilk dövrələrdə Markonun komanda yoldaşları Blomkvist və Marteni üstələyərək rəqibin arxasına düşüb.

5-ci dövrədə titula namizədlər iki mövqe də qazanıblar – liderlik uğrunda mübarizə aparan Antoniu Feliks da Koşta və Qəri Paffet toquşublar: portuqaliyalı sonuncu yerə düşüb, britaniyalı sürücü isə pit-leyndən keçmək cəzası alıb.

Mortara sancaq döngəsində əsas rəqibini üstələyərək uzaqlaşmağa başlayıb – bundan sonra komandalar liderləri üçün taktiki gedişlər etməyə başlayıblar. Trafikə düşməmək üçün hər iki komanda məcburi pit-stopu sona qədər təxirə salıblar, liderlərə görə komandaların digər sürücüləri də boksa getməyiblər. Ona görə də liderlər boksa gedəndən sonra trasda vəziyyət ciddi dəyişib.

Mortara trasa öndə qayıdıb, Vittmann isə 7-ci yerdə. Amma liderləri ayıran sürücülər arasında olan Audi sürücüləri boksa yollandıqdan, Blomkvist öz komanda yoldaşını irəli buraxdıqdan sonra BMW sürücüsü 4-cü yerə yüksəlib. Almaniyalı sürücü elə bu mövqedə finiş görərək son 3 ildə ikinci dəfə titula yiyələnib.

Son yarışı Mercedes sürücüləri Kristian Fitoris və Pol di Resta erkən pit-stop strategiyası sayəsində podiumda başa vurublar…

Yer Sürücü Komanda Zaman/Fərq
1  Edoardo Mortara Audi Sport Team Abt Sportsline 1:02:52.131
2  Kristian Fitoris Mercedes-AMG DTM Team Mücke + 0:03.040
3  Pol di Resta Mercedes-AMG DTM Team HWA II + 0:04.294
4  Marko Vittmann BMW Team RMG + 0:05.030
5  Timo Qlok BMW Team RMG + 0:06.103
6  Maksim Marten BMW Team RBM + 0:08.947
7  Tom Blomkvist BMW Team RBM + 0:13.857
8  Ceymi Qrin Audi Sport Team Rosberg + 0:15.054
9  Robert Uikens Mercedes-AMG DTM Team HWA + 0:16.012
10  Martin Tomçik BMW Team Schnitzer + 0:21.313
11  Mayk Rokenfeller Audi Sport Team Abt Sportsline + 0:21.503
12  Bruno Spenqler BMW Team MTEK + 0:22.230
13  Niko Müller Audi Sport Team Abt + 0:24.962
14  Miqel Molina Audi Sport Team Abt + 0:25.979
15  Qəri Paffet Mercedes-AMG DTM Team ART + 0:27.937
16  Lukas Auer Mercedes-AMG DTM Team Mücke + 0:29.298
17  Rene Rast Audi Sport Team Phoenix + 0:36.530
18  Timo Şayder Audi Sport Team Phoenix + 0:39.112
19  Maksimilyan Götz Mercedes-AMG DTM Team HWA II + 0:55.972
20  Daniel Xunkadelya Mercedes-AMG DTM Team HWA + 6 dövrə
21  Feliks Rozenkvist Mercedes-AMG DTM Team ART + 7 dövrə
22  Auqusto Farfuş BMW Team MTEK + 10 dövrə
Finiş görməyənlər:
 Antoniu Feliks da Koşta BMW Team Schnitzer 21 dövrə
 Adrien Tambe Audi Sport Team Rosberg 15 dövrə
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*