F-1.az xəbər verir ki, DTM bu həftəsonu Hokkenhaymda mövsümü başa vurur və bu gün baş tutan şənbə yarışını Miqel Molina inamlı qələbə ilə bitirib. Molina startdaca poulun sahibi Antoniu Feliks da Koştunu üstələyərək mövsümdə 2-ci, karyerasında isə 3-cü qələbəsini bayram edib.
Amma hamının diqqəti titula iki namizəddə olub: çempionatın lideri Marko Vittmann 4-cü yerdən start alıb, ilk dövrədə bir mövqe qazanıb, 8-ci dövrədə sancaq döngəsində da Koştunu da keçərək ikinciliyə yüksəlib.
Yarışın ilk hissəsində hamı titul uğrunda mübarizənin başa çatdığını güm edib. Markonun əsas rəqibi Edo Mortara startda bir neçə mövqe qazansa da, sancaq döngəsinə xarici radiusla girdiyi üçün elə start aldığı 8-ci mövqeyə düşüb.
Amma ruhdan düşməyən Mortara yüksək ustalıq nümayi etdirməklə rəqiblərini bir-bir keçməyə başlayıb. Dördüncü yerə çıxan Edo finişə az qalmış da Koştunu aqressiv manevrlə üstələyərək Vittmanna çatmağa çalışıb – amma damalı bayraq Markoya ikinci yer və daha 3 xal üstünlük hədiyyə edib. Sabah baş tutacaq son yarış ərəfəsində Marko əsas rəqibi üzərində üstünlüyünü 17 xala çatdırıb.
Pol di Restanın 10-cu yeri Mercedes nümayəndələri üçün ən yaxşı nəticə olub…
Yer | Sürücü | Komanda | Zaman/Fərq |
1 | Miqel Molina | Audi Sport Team Abt | 43:02.346 |
2 | Marko Vittmann | BMW Team RMG | + 0:01.661 |
3 | Edoardo Mortara | Audi Sport Team Abt Sportsline | + 0:02.805 |
4 | Antoniu Feliks da Koşta | BMW Team Schnitzer | + 0:04.870 |
5 | Mayk Rokenfeller | Audi Sport Team Abt Sportsline | + 0:06.064 |
6 | Rene Rast | Audi Sport Team Phoenix | + 0:07.992 |
7 | Timo Qlok | BMW Team RMG | + 0:11.858 |
8 | Ceymi Qrin | Audi Sport Team Rosberg | + 0:15.970 |
9 | Tom Blomkvist | BMW Team RBM | + 0:17.188 |
10 | Pol di Resta | Mercedes-AMG DTM Team HWA II | + 0:19.048 |
11 | Auqusto Farfuş | BMW Team MTEK | + 0:21.208 |
12 | Adriyen Tambe | Audi Sport Team Rosberg | + 0:21.928 |
13 | Maksim Marten | BMW Team RBM | + 0:22.471 |
14 | Bruno Spenqler | BMW Team MTEK | + 0:23.233 |
15 | Niko Müller | Audi Sport Team Abt | + 0:23.808 |
16 | Timo Şayder | Audi Sport Team Phoenix | + 0:24.288 |
17 | Maksimilyan Götz | Mercedes-AMG DTM Team HWA II | + 0:24.712 |
18 | Lukas Auer | Mercedes-AMG DTM Team Mücke | + 0:24.967 |
19 | Qəri Paffet | Mercedes-AMG DTM Team ART | + 0:30.584 |
20 | Martin Tomçik | BMW Team Schnitzer | + 0:35.904 |
21 | Daniel Xunkadelya | Mercedes-AMG DTM Team HWA | + 0:37.372 |
22 | Kristian Fitoris | Mercedes-AMG DTM Team Mücke | + 0:43.593 |
23 | Robert Uikens | Mercedes-AMG DTM Team HWA | + 2 dövrə |
Finiş görməyən: | |||
Feliks Rozenkvist | Mercedes-AMG DTM Team ART | 9 dövrə |