Hokkenhaym təqvimə qayıtmağa hazırdır

Bu il Formula1 təqvimində Almaniya Qran Prisi olmayacaq.

F-1.az xatırladır ki, 2019-cu ildə Mercedes şirkəti avtomobil yarışlarında iştirakının 125 illiyi ilə bağlı Almaniya Qran Prisinin keçirilməsinə dair maliyyə xərclərini öz üzərinə götürmüşdü. Lakin 2020-ci il yarışı üçün Hokkenhaymrinq avtrodromu sponsor tapa bilməmişdi.

Maraqlıdır ki, yayılan şayiələrə əsasən, Almaniya Qran Prisini keçirmək üçün cəmi 16 milyon dollar lazımdır. Müqayisə üçün deyək ki, Səudiyyə Ərəbistanı təqvimdə yer almaq üçün ildə 65 milyon dollar ödəyəcək.

Formula1-dən imtina edən Hokkenhaym trasının sahibləri musiqi festivalları və digər kütləvi tədbirlərin keçirilməsinə fokuslanıblar. “Lakin Formula1 üçün qapılar açıq olaraq qalır. Gələcəkdə yarışlar geri qayıda bilər – Bu maliyyə şərtlərindən asılıdır”, – deyə trasın idarə heyətinin sədri Tomas Rayster bildirib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*