H.Marko: “Sürücülərin çoxu Red Bull-da çıxış etməyi arzulayırlar”

Mövsümün sonunda Mark Uebberin Red Bull komandası ilə müqaviləsinin müddəti başa çatır. Red Bull konserninin idman məsləhətçisi Helmut Marko bildirib […]

Mövsümün sonunda Mark Uebberin Red Bull komandası ilə müqaviləsinin müddəti başa çatır. Red Bull konserninin idman məsləhətçisi Helmut Marko bildirib ki, komanda yaydan tez olmayaraq gələn mövsümün heyəti üzərində düşünməyəcək. Eyni zamanda, Helmut əlavə edib ki, əgər Uebber getməyə qərara alarsa, avstraliyalı sürücünü əvəz edən sürücünü asanlıqla tapmaq olacaq…

Helmut Marko: “Biz tələsmirik. Sürücülərin çox Red Bull-da çıxış etməyi arzulayırlar, bundan başqa, bizim Toro Rosso-da iki gənc sürücümüz var. Mövsümün sonunda hər iki sürücümüzün komandanı tərk etməsi məni narahat eləmir. Komanda yalnız yayda gələn mövsümün heyəti üzərində düşünməyə başlayacaq. Hazırda Sebastyan və Mark bir yerdə konstruktiv işləyirlər – bu bizə kifayətdir. Bu vəziyyət dəyişənə qədər bizim narahat olmağımıza səbəb yoxdur. Onlar heç bir vaxt böyük dost olmayıblar, amma onların işçi münasibətləri yaxşıdır.

Deyə bilərəm ki, ümumilikdə biz gənc sürücülərimizin çıxışından razıyıq. Amma hazırda iki Toro Rosso sürücüsündən Daniel Rikkardo daha yaxşı görünür. Jan Erik Vern çox emosional sürücüdür, sıralanma turunda təkərləri çox yükləyir, yəni daha səliqəli olmağa çalışmalıdır.”

Avstriyalı mütəxəssisin sözlərinə görə, builki Pirelli təkərlərinə görə Red Bull sürücüləri trasda tam sürət nümayiş etdirə bilmirlər: “Biz istəmirik ki, təkərlər bizim potensialımızı məhdudlaşdırsınlar. Məqsəd maşının potensialından maksimum yararlanmaqdır, amma indi biz kompromisə getməliyik ki, pit-stopların sayını minimuma endirək. Bizim komandada iki güclü sürücü çıxış edir, onları komandada saxlamaq elə də ucuz başa gəlmir. Lakin biz onlardan xahiş edirik ki, maşını maksimum sürətlə sürməsinlər – bunu etmək çox çətindir. Belə vəziyyət rəqabəti təhrif edir…”

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*