Biz artıq xəbər vermişdik ki, Britaniyanın nüfuzlu The Times qəzeti bugünkü sayında Red Bull komandasının Silverstounda gənc sürücülərin testlərində iştirakdan imtina edərək münasib vaxtda şəxsi testlərini keçirmək planı barədə yazı yerləşdirilib. Amma Red Bull konserninin idman məsləhətçisi Helmut Marko Sport Bild qəzetində müsahibəsində bu xəbəri təkzib edib…
Helmut Marko: “Biz başqaları kimi reqlamenti pozmayacayıq! Amma sirr deyil ki, gənc sürücülərin testlərində komanda yeniliklərlə işləyə bilmir, çünki ilk növbədə gənc sürücüyə sükan araxsında adaptasiyaya vaxt lazımdır. Hətta Beynəlxalq Tribunal da etiraf etmişdi ki, Mercedes AMG komandası əsas sürücüləri ilə işlədiyi üçün idman üstünlüyü qazanmışdı.”