H.Marko: “Mercedes öz motorlarını bizə satmaq istəmədi”

Motorun yandırma şamının problemləri mövsümün ilk yarışında Sebastyan Fetteli qələbədən mərhum etdi. Yarışın böyük hissəsini rəqibləri üçün əlçatmaz olan Fettel […]

Motorun yandırma şamının problemləri mövsümün ilk yarışında Sebastyan Fetteli qələbədən mərhum etdi. Yarışın böyük hissəsini rəqibləri üçün əlçatmaz olan Fettel Renault motorunun bu kiçik detalının nasazlığı üzündən hətta podiumu əldən verməli olub. Fransa motorlarının nasazlığı keçən il də komandanı təqib edirdi və payızda komanda Mercedes-Benz şirkəti ilə motor təchizatı barədə danışıqlar aparmışdı, amma tərəflər razılıq əldə edə bilməmişdilər…

Helmut Marko: “Onlar öz motorlarını bizə vermək istəmədilər. Təkəbbürlükdən uzaq olmaq istəyirəm, amma məncə, Mercedes şirkəti yaxşı bilirdi ki, əgər bizim maşına onların motorunu qoysaq, onlar bizə heç çata bilməyəcəklər.

Motor reqlamenti dondurulduqdan sonra Mercedes öz motoru üzərində gərgin işləyib və hazırda onların motorları bizim idmanda ən güclüdür, amma bu motorla peletonda zavod komandasından başqa McLaren və Force İndia komandaları da təchiz olunur.

Biz motorların güclərini bərabərləşdirmək şansını almalıyıq – bunu həm Renault, həm də Ferrari istəyir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*