H.Marko: “Hornerin müqaviləsi 2017-ci ilə qədər uzadılıb”

Red Bull komandasının başçısı Kristian Hornerin Ferrari komandasının bazasına bu yaxınlarda gizli səfəri şayiələr dalğası doğurmuşdu ki, guya britaniyalı mütəxəssis […]

Red Bull komandasının başçısı Kristian Hornerin Ferrari komandasının bazasına bu yaxınlarda gizli səfəri şayiələr dalğası doğurmuşdu ki, guya britaniyalı mütəxəssis komandasını dəyişmək istəyir. Hərçənd bir az sonra məlum olmuşdu ki, Horner Maranelloda top-komandaların başçıları ilə görüşərək Razılıq Müqaviləsinin təfərrüatlarını müzakirə edib. Vəziyyəti şərh edən Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, şayiələr onu təəccübləndirib, çünki Hornerin müqaviləsi 2017-ci ilə qədər uzadılıb…

Helmut Marko: “Kristian Ferrari ilə necə danışıqlar apara bilər? Biz onun müqaviləsini 2017-ci ilə qədər uzatmışıq. Mən bilirəm ki, o niyə Maranelloya getmişdi, amma divarın da qulaqları var.”

Kristian Hornerlə yeni müqavilə Red Bull komandasının əsas stabillik əlamətlərindən biridir, digər ikisi isə Sebastyan Fetteli komandada saxlamaq və Renault ilə işgüzar münasibətlərin davam etdirilməsidir…

Helmut Marko: “Biz komandanın bazasını qurmuşuq və indi onu qoruyuruq ki, Sebastyan karyerasını Red Bull-da davam etdirsin. Renault-nun da motor bazarında mövqeyi yaxşıdır. Bizi Mercedes motorları barədə gəzən şayiələr narahat etmir, guya onlar daha yaxşı turbo motor hazırlayıblar.”

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*