H.Marko Fettelin tənqidçilərinə cavab verib

Red Bull şirkətinin dərc etdiyi Red Bulletin jurnalının yanvar sayında şirkətin idman məsləhətçisi Helmut Marko ilə geniş müsahibə yer alıb. […]

Red Bull şirkətinin dərc etdiyi Red Bulletin jurnalının yanvar sayında şirkətin idman məsləhətçisi Helmut Marko ilə geniş müsahibə yer alıb. Müsahibədə Marko Sebastyan Fettelin tənqidçilərinə cavab verib, Fernando Alonsonu siyasi oyunlarda iştirak etməkdə ittihamlayıb və güman edib ki, pressinq maksimum həddə çatanda Mark Uebberin problemləri başlayır.

Məsələn, tənqidçilər hesab edirlər ki, üçqat dünya çempionu Sebastyan Fettel uğurlarına görə Ədrian Nyuinin hazırladığı maşınlara borcludur…

Helmut Marko: “Hamı ağzına gələni danışır, məsələn: “Fettel ötə bilmir…” Çox gülməlidir, Abu Dabi və Braziliyanı xatırlamırlar? Və ya: “Fettel yalnız Nyuinin maşınlarının sükanı arxasında qələbə qazana bilər…” Amma unudurlar ki, Nyui iki maşın hazırlayıb, bəs niyə hər yarışda biz dubl edə bilmirik?

Bundan başqa dahi Ceki Styuartın şərhləri var idi, guya Fettel başqa komandaya keçməlidir ki, özünü yoxlaya bilsin. Bunu deyən adamın öz karyerasından xəbəri varmı? Məgər Ceki bütün uğurlarını yalnız bir komandada – Tyrrell-də qazanmayıb?.

Ona görə də bu dedi-qodulara ciddi yanaşmıram. Bizim Red Bull komandasında idarə qulluqçuları işləmirlər. Nə qədər ki, biz Sebastyana titul qazana bilən sürətli maşın verəcəyik, o bizimlə qalacaq.

Əgər sürücü və komanda bir-birilərinə uyğun gəlmirlərsə, onda biz yeni nəsə fikirləşməliyik. Amma Red Bull-un əla gənc sürücülər proqramı var, ona görə də ola bilər ki, nə vaxtsa başqa bir sürücü bizim maşının sükanı arxasında dünya çempionu olacaq.”

Markoya sual verilib ki, Ferrari-nin atası sayılan Entso Ferrari öz komandasının içki istehsal edən bir şirkətə məxsus komandaya uduzmasına necə münasibət bildirərdi?

Helmut Marko: “Əlbəttə, Entsonun bundan xoşu gəlməzdi, amma rəqiblərinin nəticələrini qəbul edərdi, sonra isə öz işçilərini elə danlayardı ki, onlar canla-başla işləyib revanş alardılar. İndiki Ferrari isə başqa metodlara əl atır. Alonso daim siyasi oyunlarda iştirak edir. Güman edirəm ki, mövsümün sonunda hamımız onun stress keçirdiyinin şahidi olduq. Müsahibələrində deyirdi ki, “Mən Fettelə deyil, Həmiltonla rəqabət aparıram” və “Mən Nyui ilə mübarizə aparıram” – bunlar hamısı psixoloji hücumdan başqa bir şey deyil. Biz Sebastyana dedik: “Sadəcə fikir vermə.””

Üç il ardıcıl Fettel titul qazanıb, amma eyni maşında çıxış edən Mark hər dəfə rəqibinə uduzub, ilk iki ili 3-cü yerdə başa vursa da, keçən il altıncı ola bilib. Helmut hesab edir ki, pressinq şəraitində Fettellə müqayisədə Uebberin aşkar problemləri üzə çıxır…

Helmut Marko: “Mənə elə gəlir ki, Uebber il ərzində orta hesabla 2-3 yaxşı yarış keçirir, bu yarışlarda praktiki olaraq məğlubedilməz olur, amma bu formanı mövsüm boyu saxlaya bilmir. Elə ki, titul qazanmaq üçün şansları peyda olur, Markın əsəbləri dözmür və problemləri üzə çıxır.

Bu halı Sebastyanın təkamülü ilə müqayisə etsək, mənə elə gəlir ki, Mark artıq yaxşı formada deyil. Üstəlik texniki problemlər yaşananda, məsələn, generatorun imtinası kimi, onda lap ruhdan düşür. Hərçənd, gərgin vəziyyətdə belə şeylər istənilən sürücüyə təsir edir.

2010-cu ildə biz bunu aşkar gördük. Son yarış ərəfəsində Uebberin şansı Fetteldən yüksək idi və çox güman ki, bu məğlubiyyətin məyusluğu ona bütün 2011-ci ildə rahatlıq vermədi. Bunu başa düşmək olar.

Məncə, nəzər almaq lazımdır ki, karyerasının əvvəlində, yəni gənc vaxtlarında Mark heç vaxt top-komandada çıxış etməyib, amma onu həmişə perspektiv sürücü hesab edirdilər, gözləyirdilər ki, onun istedadı üzə çıxacaq.

Sonra Red Bull ona qələbə uğrunda mübarizə aparmaq imkanı verən maşın hazırladı və elə bu zaman cavan bir oğlan peyda oldu və Markın gözləri önündə uğur qazandı. Əlbəttə, bu narahat psixoloji vəziyyətdir və belə vəziyyətdə hər bir kəs özündən şübhələnməyə başlayar…”

, , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*