Bu günlərdə amerikalı qadın sürücü Danika Patrik NASCAR seriyasının əfsanəvi Daytona-500 yarışında poul qazanıb. Almaniyanın Bild jurnalının müxbirləri Formula1 nümayəndələrindən bu nəticəyə şərh verməyi xahiş edblər…
Niki Lauda, Mercedes AMG: “Mən artıq 10 ildir Berni Ekklstouna deyirəm ki, çempionatda qadın sürücü olmadığı üçün çempionat çox şey itirir. Əgər qadın sürücü daim ilk altılığa düşmək uğrunda mübarizə aparsa, teleauditoriyanın sayı iki dəfə artar.
Qeyd etməliyəm ki, Amrika yarışlarının texniki səviyyəsi Formula1 standartlarına uyğun gəlmir və bu özünü sürücülərdə göstərir. Avropada sonuncu uğur qazanan amerikalı sürücü Mario Andretti olub – o zaman elə mən də Formula1-də çıxış edirdim!”
Helmut Marko, Red Bull: “Danikanın yarışlarda nəticələrinə baxın. Bu, Formula1 üçün kifayət deyil. Mən gənc sürücülərin çıxışlarını kartinqdən izləyirəm – biz sürətlərinə əsaslanıb onları seçirik.”
Sebastyan Fettel, Red Bull: “Hər şeydən əvvəl, mən Danikanın qarşısında baş əyirəm. Amma unutmayın ki, ABŞ-da avtoyarış mədəniyyəti tam fərqlidir.”