Hələ uzaq 2003-cü ilin dekabrında Heykki Kovalaynen digər gənc sürücülərlə birlikdə (yeri gəlmişkən, Xose Mariya Lopes də onların içərinsində idi) Vallelunqa testlərində Minardi-nin sükanı arxasına oturmuşdu. Bundan əvvəl isə finlandiyalı gənc sürücü Barselonada ikigünlük testlər zamanı Renault-nu sürmüşdü, ona görə də onun Minardi ilə əməkdaşlığı qısamüddətli olmuşdu. Amma keçən həftə Finlandiyanın Turun Sanomat qəzetinin jurnalistləri həmyerlilərindən hazırkı Lotus T127 maşınını karyerasında ən zəif maşın olan Minardi PS03 ilə müqayisə etməsini istəyiblər – müqayisə Lotus-un xeyrinə olmayıb…
Heykki Kovalaynen: “Bu maşınları müqayisə etmək çətindir, indi təkərlər daha effektivdir, amma aerodinamikanın effektliyi baxımından Lotus hazırda liderlərə Minardi-yə nisbətən daha çox uduzur. Bizim maşına asfalta yatma qüvvəsi çatmır və asfaltla ilişmə yox səviyyəsindədir, problem də bundadır ki, bu problemi həll etmək çox çətindir.”
Maraqlıdır ki, o zamankı testlərdə Minardi PS03 maşınında da Bridgestone təkərləri və Cosworth motorları idi…