Heykki Kovalaynen azarkeşlərinə qeyri-adi müraciət edib. Onun sifarişi ilə Finlandiyanın Pinto dizayner agentliyi yarış ayaqqabısının bir neçə eskizini hazırlayıb, Heykki bu ayaqqabılardan birini Qran Prilərdə geymək istəyir.
Heykki özünün Facebook-dakı səhifəsində bu eskizləri yerləşdirib və azarkeşlərdən səsvermədə iştirak etmələrini xahiş edib: təklif olunan altı variantdan ən çox səs toplayan ayaqqabını biz artıq Bəhreyn Qran Prisində Team Lotus komandasının sürücüsünün ayağında görə bilərik.
Səsvermədə iştirak etmək istəyənlər buraya buyursunlar.