F-1.az xəbər verir ki, hər iki Hitech maşınını Formula2-də debüt edən Red Bull gəncl sürücülər proqramının üzvləri Ayzek Həcər və Cək Krouford idarə edəcəklər. 2022-ci ildə Həcər Formula3-də üç qələbə qazanmaqla sürücülər arasında dördüncü olub. Onun yeni komanda yoldaşı Krouford da keçən mövsümü Formula3-də bir qələbə başa vurub.
Carlin komandası da Red Bull-un gənc sürücülər proqramından iki sürücü ilə mövsümü keçirəcək – Formula3-ün vitse-çempionu Zeyn Məloni 2022-ci ildə Formula2-də yarışan, altı dəfə podiuma qalxan və fərdi sıralamada səkkizinci yeri tutan Enzo Fittipaldiyə komanda yoldaşlığı edəcək .