Hispania Racing F1 Team – HRT-Dallara (video)

Bu gün Ispaniyanın Mursiya şəhərində Formula1 komandalarından ən sonuncusunun təqdimat mərasimi keçirilib – Hispania Racing F1 Team yeni maşınını toplaşanlara […]

Bu gün Ispaniyanın Mursiya şəhərində Formula1 komandalarından ən sonuncusunun təqdimat mərasimi keçirilib – Hispania Racing F1 Team yeni maşınını toplaşanlara göstərib. İtaliyanın Dallara şirkətinin hazırladığı şassiyə Cosworth motoru qoyulub, şassı əsasın bozrəngə boyanıb, ağ-çəhrayı zolaqlar komandanın yeganə sponsorunun rəngləridir. Diqqəti maşının burun elementinin çox aşağı olması cəlb edir.

hrt2
Tədbirdə HRT komandasının sahibi Xuan Ramon Karabante, komandanın başçısı Kolin Kolles və sürücüləri Bruno Senna və Karun Çandhok iştirak ediblər. Mövsümöncəsi testlərdə Hispania (o zaman hələ Campos adlanırdı) komandası iştirak etmədiyi üçün, maşın ilk dəfə trasa mövsümün ilk yarışı – Bəhreyn Qran Prisinin cümə sərbəst yürüşlərində çıxacaq.

hrt3
Kolin Kolles: “Bizim sürücülər cütündən çox xoşum gəlir, ümumiyyətlə, bütün komandanın burda olmağımız üçün çəkdiyi əziyyət mənə ləzzət elədi. Əlimizdə hər cür imkan var ki, el bu mövsümdəcə yeni komandalar içərisində ən güclüsü olaq.

Komanda daxili münasibətlər hələ inkişaf etməlidir, biz Formula1-ə maksimum yaxınlaşmışıq, qarşıdakı mövsümdə isə birgə əməkdaşlığı öyrənəcəyik. Biz elə ilk yarışdaca xal qazanmağı arzu edirik, amma məqsədimiz tədricən inkişaf etmək və rəqabətədavamlılığımızı artırmaqdır.”

hrt4
Mursiyada komanda yeni texniki direktorunu da elan edib – Jaki Ekelyart əvvəllər Prost, Sauber və Honda komandalarında çalışıb, son vaxtlar isə Lə Man seriyasında çıxışe dən Kollesin komandasında baş mühəndis olub…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*