Bu gün, Barselonada mövsümöncəsi testlərin başa çatmasına bir gün qalmış Hispania komandası jurnalistlərə yeni maşınını – F111-i təqdim edib. Maşın Cef Uillisin rəhbərliyi altında Avstriyanın Carbo Tech şirkətinin sexlərində hazırlanıb. Maşının rəng çalarlarını Hollivudun rəssamı Daniel Saymon tərtib edib, maşının konstruksiyasında keçənilki ötürmələr qutusundan və Williams-in hidravlik sistemindən istifadə olunub.
Kolin Kolles, komandanın başçısı: “Biz başa düşürük ki, ən sürətli olmayacayıq. Müzakirə etmək olar ki, 0.1 saniyə udmağa risk etməyə dəyərmi – amma bu bizim metod deyil. Biz etibarlı çıxış etməyə, hər yarışda finişə çatmağa, sürücülərin təcrübəsindən istifadə etməyə və şəraitdən maksimum yararlanmağa çalışacayıq.
Ümid edirəm ki, yeni təkərlər yarışları daha maraqlı edəcək. Bəlkə də sıralanma turunda biz sürətli olmayacayıq, amma gəlin yarışların gedişinə baxaq – görk başqa komandalara və bizə nə qədər pit-stop lazım gələcək.
Məncə, keçən illə müqayisədə sürətimiz artacaq, özü də çox artacaq. Biz Cosworth motorundan və Williams-in ötürmələr qutusundan istifadə edəcəyik – eyni konfiqurasiya ilə başqa komanda sıralanma turunda ilk onluğa düşə bilir, bu bizi sevindirməyə bilməz.”
Narain Kartikeyan: “Mən keçənilki maşınla testlərdə çıxış etmişdim, indi yeni maşını öyrənmək lazımdır. Liutsinin təcrübəsindən istifadə edəcəm. Topladığımız məlumatlara əsasən, bizim sürmə stilimiz də oxşardır. Mənə elə gəlir ki, bir neçə yarışdan sonra hər şey yoluna düşəcək, mən ciddi problem gözləmirəm.
Yeni maşını güclü mütəxəssislər hazırlayıblar, komandanın güclü tərəfdaşları var – hələlik demək çətindir, amma biz bütün faktorları bir yerə toplaya bilsək, yarışlarda uğur qazana bilərik və yeni komandaların içində ən yaxşı ola bilərik.”