Bu ildən Formula1-də “komendant saatı” tətbiq olunur – əvvəllər bokslarda iş səhər saatlarına qədər davam edirdisə, indi reqlamentlə gecə altı saat ərzində maşınla bütün işlər qadağan olunub ki, mexaniklər dincəlmək imkanı əldə etsinlər.
Əlbəttə, bəzən gözlənilməz hallar alına bilir – ona görə də mövsümün gedişində komandalara bu qadağanı dörd dəfə pozmaq icazəsi verilir. Hispania komandasının mexanikləri Avstraliyada artıq bir icazədən yararlanıblar.
Komandanın mövsümün ilk yarışına tam hazır olmasını elan etməsinə baxmayaraq, iki F111 şassisinin yığımı Albert Parkda hələ də başa çatmayıb. Bütün gecəni boksda çalışan mexaniklər ancaq bir maşını sərbəst yürüşlərin ikinci sessiyasının sonunda trasa çıxara biliblər. İkinci şassi isə sabah sərbəst yürüşlərdə trasa çıxmalıdır…