Hispania iddia qaldırmayacaq

Hispania komandasının başçısı Kolin Kolles FİA-dan təminat alıb ki, diffuzorun işində işlənmiş qazlardan istifadə olunmasına ciddi məhdudiyyət qoyulacaq, bu təminatdan […]

Hispania komandasının başçısı Kolin Kolles FİA-dan təminat alıb ki, diffuzorun işində işlənmiş qazlardan istifadə olunmasına ciddi məhdudiyyət qoyulacaq, bu təminatdan sonra Kolles rəqiblərin maşınlarına qarşı iddia qaldırmaq fikrindən vaz keçib. Bu məsələni Kolles dünən Çarli Uaytinqlə müzakirə edib.

Hispania Texniki işçi qrupun iclasına qədər gözləməyə razı olub, iyunun 16-da çempionat iştirakçıları bu məsələni müzakirə edəcəklər və məhdudiyyəti tətbiq edəcəklər.

Autosport-a müsahibəsində Kolles bildirib ki, “Monakoda iddia qaldırmayacayıq, amma biz ümid edirik ki, FİA məsələni düzgün həll edəcək…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*