Hinditsan Qran Prisi: Sıralanma turu

Quru. Günəşli. Havanın temperaturu +30° C, trasın temperaturu +38° C Mövsümün sonunda Red Bull ciddi üstünlük qazanıb – Sebastyan Fettel […]

Quru. Günəşli. Havanın temperaturu +30° C, trasın temperaturu +38° C

Mövsümün sonunda Red Bull ciddi üstünlük qazanıb – Sebastyan Fettel 3 ardıcıl qələbə qazanaraq Hindistana mövsümün lideri kimi gəlib. Almaniyalı sürücü sərbəst yürüşlərin hamısında protokollara başçılıq edib və sıralanma turuna əsas favorit kimi başlayıb.

Birinci sessiyada Felipe Massa 15-ci döngənin çıxışında fırlanıb – amma problem yaşanmayıb. Kovalaynen isə 11-ci döngədə trasdan çıxaraq mübarizəni dayandırıb. Protokollara yumşaq təkərlərlə Pastor Maldonado başçılıq edib – 1:26.048. Zəif komandaların sürücüləri ilə birlikdə mövsümdə 7-ci dəfə Jan Erik Vern növbəti sessiyaya keçə bilməyib.

İkinci sessiyada Qrojan 11-ci döngədə trasdan çıxsa da mübarizəni davam etdirib. Protokollara Fettel başçılıq edib – 1:25.435, mübarizəni Qrojan, Hülkenberq, Senna, Şumaher, Rikkardo, di Resta və Kobayaşi dayandırıblar.

Sonuncu sessiyada Uebber ilk cəhdində sürətli olub – 1:25.327, ikinci cəhdində Fettel onu qabaqlaya bilib – 1:25.283: almaniyalı sürücü karyerasında 35-ci, mövsümdə isə 5-ci poulunu qazanıb. Birinci cərgəni yenə də Red Bull sürücüləri, ikinci cərgəni McLaren sürücüləri, üçüncü cərgəni isə Ferrari sürücüləri zəbt ediblər…

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 S.Fettel Red Bull Renault 02 1:26.387 01 1:25.435 1:25.283
02 M.Uebber Red Bull Renault 07 1:26.744 03 1:25.610 1:25.327 + 0.044
03 L.Həmilton McLaren Mercedes 04 1:26.516 04 1:25.816 1:25.544 + 0.261
04 C.Batton McLaren Mercedes 05 1:26.564 02 1:25.467 1:25.659 + 0.376
05 F.Alonso Ferrari Ferrari 08 1:26.829 05 1:25.834 1:25.773 + 0.490
06 F.Massa Ferrari Ferrari 11 1:26.939 10 1:26.111 1:25.857 + 0.574
07 K.Rəykkönen Lotus Renault 06 1:26.740 09 1:26.101 1:26.236 + 0.953
08 S.Peres Sauber Ferrari 13 1:27.179 08 1:26.076 1:26.360 + 1.077
09 P.Maldonado Williams Renault 01 1:26.048 07 1:25.983 1:26.713 + 1.430
10 N.Rosberq Mercedes AMG Mercedes 03 1:26.458 06 1:25.976
11 R.Qrojan Lotus Renault 10 1:26.897 11 1:26.136
12 N.Hülkenberq Force İndia Mercedes 14 1:27.185 12 1:26.241
13 B.Senna Williams Renault 09 1:26.851 13 1:26.331
14 M.Şumaher Mercedes AMG Mercedes 16 1:27.482 14 1:26.574
15 D.Rikkardo Toro Rosso Ferrari 12 1:27.006 15 1:26.777
16 P.di Resta Force İndia Mercedes 15 1:27.462 16 1:26.989
17 K.Kobayaşi Sauber Ferrari 17 1:27.517 17 1:27.219
18 J.E.Vern Toro Rosso Ferrari 18 1:27.525
19 V.Petrov Caterham Renault 19 1:28.756
20 H.Kovalaynen Caterham Renault 20 1:29.500
21 T.Qlok Marussia Cosworth 21 1:29.613
22 P.de la Rosa HRT Cosworth 22 1:30.592
23 N.Kartikeyan HRT Cosworth 23 1:30.593
24 Ş.Pik Marussia Cosworth 24 1:30.662

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*