Bu həftə mətbuatda şayiələr peyda olub ki, Malayziya şirkətlər qrupu BMW Sauber komandasını almağa hazırlaşır, amma bu gün Times of İndia qəzeti hindistanlı sərmayədarların irəli sürdükləri təklif barədə yazıb…
Qeyri-rəsmi məlumatlara görə, BMW şirkəti komandanın satışından 65 milyon Avro əldə etməyi planlaşdırır, bu zaman potensial alıcı yaxın üç il ərzində komandaya 100 milyon Avro sərmayə yatırmağa zəmanət verməlidir. Hindistanlı biznesmenlər 50 milyon Avro təklif ediblər (xatırladaq ki, Peter Zauberin başçılıq etdiyi ilk danışaıqlarda 45 milyon Avrodan söhbət gedib).
Times of İndia qeyd edir ki, bu təklif Toro Rosso və Sauber komandalarının keçmiş test sürücüsü Nil Yani ilə bağlıdır, Nil bu həftə yerli İndian Sports Management şirkəti ilə müqavilə bağlayıb – bundan sonra sürücünün karyerası ilə bu şirkət məşğul olacaq…
Nil Yani: “Mən Formula1-i arzulayıram və hind şirkətlərinin dəstəyi ilə fəxr edirəm. Mənim atam Hindistanda anadan olub, anam isə İsveçrədə. Baxmayaraq ki, mənim asportum İsveçrənindir, atam həmişə deyərdi ki, kökümüzə sadiq qalmaq çox vacibdir.”