Hindistan yarışı oktyabr ayında dünya çempionatında debüt edəcək, avtodromun tikintisi qrafikə uyğun gedir, amma trasın layihəsinə düzəliş edilib – FİA xahiş edib ki, ötmələri artırmaq lazımdır.
Viki Çandhok, Hindistan avtoklublar federasiyasının prezidenti: “Berni Ekklstoun son səfəri zaman tikinti işlərinin gedişindən razı qaldı, Çarlı Uaytinq isə bəzi döngələrin konfiqurasiyasını dəyişməyi məsləhət gördü ki, ötmələr üçün imkan çoxalsın.
Biz dünyada birinci tras olacayıq, çünki trasda sürətli döngələr daha qısa apeksə malik olacaqlar – bunun üçün biz üçüncü, altıncı və on birinci döngələri genişləndiririk. Bu məsləhətlər Mixael Şumaher və Aleks Vürsün iştirakı ilə FİA institutu tərəfindən hazırlanıb – onlar yeni konfiqurasiyanı yoxlayıblar, alınan nəticələri təhlil ediblər, yalnız bundan sonra biz də dəyişiklik etməyi qərara aldıq.
Biz bunu etməyə borclu deyilik, amma Jaypee Group tikinti şirkəti dərhal razı oldu və üç döngənin profili dəyişdiriləcək – işlər artıq başlayıb.”