Yeni Hindistan trasının təftiş prosesi bu gün başa çatıb, sonuncu mərhələdə gələcək avtodromun tibb mərkəzi FİA-nın nümayəndəsi Jan Şarl Piyett tərəfindən yoxlanılıb.
Piyett 3 kolleqası ilə birlikdə hər hansı bir insident nəticəsində zədələnəcək sürücüləri qəbul edəcək avtodromun tibb xidmətini və növbətçi hospitalları yoxlayıb…
Askari Zaidi, Jaypee Sports İnternational-ın vitse prezidenti: “Əvvəlcə yarış direktoru Çarli Uaytinq trası bəyəndi, indi isə tibb mütəxəssisləri işimizi müsbət qiymətləndirdilər – bizim bütün zəruri sənədlərimiz hazırdır. Yarışlarda müxtəlif insidentlər ola bilər və bizim trasda iki helikopter növbə çəkəcək. FİA təhlükəsizlik tələblərinə əməl olunmasına ciddi nəzarət edir və biz federasiyanı əmin etdik ki, lazım olarsa, helikopter Apollo hospitalına enə bilər.”
Qarşıda prinsipial əhəmiyyət kəsb etməyən bir neçə yoxlama qalıb…