Quru. Günəşli. Havanın temperaturu +30° C, trasın temperaturu +36° C
Mövsümün sonunda Red Bull komandası çempionatda öz xeyrinə dönüş edə bilib. Sebastyan Fettel ardıcıl 3 qələbə qazanıb və Hindistana çempionatın lideri qismində gəlib. Uik-endin gedişində almaniyalı sürücü bütün məşqlərdə birinci olub və sıralanma turun Red Bull sürücüləri yenə də ilk cərgəni zəbt ediblər. İkinci cərgədə McLaren sürücüləri, üçüncü cərgədə isə Ferrari sürücüləri yer alıblar.
Mövsümdə 3-cü dəfə start düzümü sıralanma turunun nəticələrinə tam uyğun olub – heç kim cərimə almayıb. Startdan əvvəl Pirelli-nin mütəxəssisləri bildiriblər ki, yarış məsafəsini bir pit-stopla da qət etmək olar, amma komandalar yarışın əvvəlində, təkərlərin yeyilməsini qiymətləndirdikdən sonra qərar qəbul ediblər. Şumaher, Rikkardo, Qrojan və Kobayaşi Hard tərkibini seçiblər, qalan sürücülər isə starta Soft-la çıxıblar.
Startda Fettel poulun üstünlüyünü saxlayıb. Uebebrin arxasında isə Batton, Həmilton və Alonso ciddi mübarizəyə girişiblər, bir neçə mövqe dəyişikliyindən sonra Censon Alonso və Lyuisin önündə qala bilib. Şumaher və Vern təmas yaşayıblar və hər iki sürücü boksa yollanıb. 2-ci dövrədən sonra ilk onluq: Fettel – Uebber – Batton – Alonso – Həmilton – Massa- Rəykkönen – Peres – Hülkenberq – Rosberq.
Peleton uzanıb. 14-cü dövrədə Hülkenberq təkərləri yeyilmiş Peresi qabaqlayıb və Serxio boksa yönəlib. 16-cı dövrədə Qrojan Maldonadonu keçərək onluğa daxil olub – Senna da komanda yoldaşını qabaqlayıb. 19-cu dövrədə Rikkardo ilə mübarizədə Peresin maşınında təkər deşilib və meksikalı sürücü bir daha mexaniklərinə baş çəkməli olub. Bir neçə dövrədən sonra isə mübarizəni tam dayandırıb. 22-ci dövrədə isə Qrojan Rosberqi keçərək 9-cu yerə yüksəlib.
25-ci dövrədə Batton, 26-cı dövrədə Senna, 27-ci dövrədə Rəykkönen, Rosberq, Maldonado və Rikkardo, 28-ci dövrədə Massa və Hülkenberq pit-stoplarını reallaşdırıblar. Felipe trasa Rəykkönenin bərabərində qayıdıb və Kimi öndə qala bilib, amma düzlükdə F2012 sürətli olduğu üçün Massa mövqeyini geri qatara bilib. 29-cu dövrədə Alonso, 30-cu dövrədə Uebber mexaniklərinə qonaq olublar. Maldonadonun maşınında Kobayaşi ilə mübarizədə təkər deşilib və venesuelalı sürücü boksa tələsib. 32-ci dövrədə Həmilton, 33-cü dövrədə Fettel, 36-cı dövrədə isə Qrojan və Kobayaşi ilk və yeganə pit-stoplarını gerçəkləşdiriblər. 37-ci dövrədə ilk onluq: Fettel – Uebber – Alonso – Həmilton – Batton – Massa – Rəykkönen – Hülkenberq – Qrojan – Rosberq.
45-ci dövrədə Pedro de la Rosanın maşınında əyləclər imtina edib, 4-cü döngədə sürücü trasdan çıxıb. 47-ci dövrədə Alonso maşınında KERS imtina etmiş Uebebri keçərək ikinciliyə yüksəlib. 56-cı dövrədə Şumaher maşınını boksda saxlayıb, Senna isə Rosberqi keçərək onluğa daxil olub.
Fettel ardıcıl dördüncü inamlı qələbəsini qazanıb və çempionatda Alonso üzərində üstünlüyünü 13 xala çatdırıb. Gələn həftə Abu Dabidə bizi daha bir maraqlı yarış gözləyir!
Yer | Pilot | Komanda | Motor | Vaxt |
01 | S.Fettel | Red Bull | Renault | 1.31:10.744 |
02 | F.Alonso | Ferrari | Ferrari | + 0:09.437 |
03 | M.Uebber | Red Bull | Renault | + 0:13.217 |
04 | L.Həmilton | McLaren | Mercedes | + 0:13.909 |
05 | C.Batton | McLaren | Mercedes | + 0:26.266 |
06 | F.Massa | Ferrari | Ferrari | + 0:44.674 |
07 | K.Rəykkönen | Lotus | Renault | + 0:45.227 |
08 | N.Hülkenberq | Force İndia | Mercedes | + 0:54.998 |
09 | R.Qrojan | Lotus | Renault | + 0:56.103 |
10 | B.Senna | Williams | Renault | + 1:14.975 |
11 | N.Rosberq | Mercedes AMG | Mercedes | + 1:21.694 |
12 | P.di Resta | Force İndia | Mercedes | + 1:22.815 |
13 | D.Rikkardo | Toro Rosso | Ferrari | + 1:26.064 |
14 | K.Kobayaşi | Sauber | Ferrari | + 1:26.495 |
15 | J.E.Vern | Toro Rosso | Ferrari | + 1 dövrə |
16 | P.Maldonado | Williams | Renault | + 1 dövrə |
17 | V.Petrov | Caterham | Renault | + 1 dövrə |
18 | H.Kovalaynen | Caterham | Renault | + 1 dövrə |
19 | Ş.Pik | Marussia | Cosworth | + 1 dövrə |
20 | T.Qlok | Marussia | Cosworth | + 2 dövrə |
21 | N.Kartikeyan | HRT | Cosworth | + 2 dövrə |
22 | M.Şumaher | Mercedes AMG | Mercedes | + 5 dövrə |
– | P.de la Rosa | HRT | Cosworth | – |
– | S.Peres | Sauber | Ferrari | – |
Sürətli dövrə: Censon Batton (McLaren) – 1:28.203 (60-cı dövrə).
Turnir cədvəli:
Yer | Pilot | Komanda | Motor | Xal |
01 | S.Fettel | Red Bull | Renault | 240 |
02 | F.Alonso | Ferrari | Ferrari | 227 |
03 | K.Rəykkönen | Lotus | Renault | 173 |
04 | M.Uebber | Red Bull | Renault | 167 |
05 | L.Həmilton | McLaren | Mercedes | 165 |
06 | C.Batton | McLaren | Mercedes | 141 |
07 | N.Rosberq | Mercedes AMG | Mercedes | 93 |
08 | R.Qrojan | Lotus | Renault | 90 |
09 | F.Massa | Ferrari | Ferrari | 89 |
10 | S.Peres | Sauber | Ferrari | 66 |
11 | K.Kobayaşi | Sauber | Ferrari | 50 |
12 | N.Hülkenberq | Force İndia | Mercedes | 49 |
13 | P.di Resta | Force İndia | Mercedes | 44 |
14 | M.Şumaher | Mercedes AMG | Mercedes | 43 |
15 | P.Maldonado | Williams | Renault | 33 |
16 | B.Senna | Williams | Renault | 26 |
17 | J.E.Vern | Toro Rosso | Ferrari | 12 |
18 | D.Rikkardo | Toro Rosso | Ferrari | 9 |
19 | T.Qlok | Marussia | Cosworth | 0 |
20 | H.Kovalaynen | Caterham | Renault | 0 |
21 | V.Petrov | Caterham | Renault | 0 |
22 | J.D’Ambrozio | Lotus | Renault | 0 |
23 | Ş.Pik | Marussia | Cosworth | 0 |
24 | N.Kartikeyan | HRT | Cosworth | 0 |
25 | P.de la Rosa | HRT | Cosworth | 0 |
Yer | Komanda | Motor | Xal |
01 | Red Bull | Renault | 407 |
02 | Ferrari | Ferrari | 316 |
03 | McLaren | Mercedes | 306 |
04 | Lotus | Renault | 263 |
05 | Mercedes AMG | Mercedes | 136 |
06 | Sauber | Ferrari | 116 |
07 | Force İndia | Mercedes | 93 |
08 | Williams | Renault | 59 |
09 | Toro Rosso | Ferrari | 21 |
10 | Marussia | Cosworth | 0 |
11 | Caterham | Renault | 0 |
12 | HRT | Cosworth | 0 |