FİA arxa antiqanadın hərəkətli elementinin – DRS sisteminin Hindistanda istifadə zonasını təyin edib. Hindistan trasında sürücülərin ötmə şansları daha çox olacaq – keçən il olduğu kimi Buddh İnternational Circuit trasında bir-birindən asılı olmayan iki ötmə zonası olacaq.
Start-finiş düzlüyünün böyük bir hissəsindən əlavə sürücülər 3-cü və 4-cü döngələr arasındakı düzlikdə də DRS-dən yararlana biləcəklər, qeyd etmək lazımdır ki, keçən illə müqayisədə bu sahə 80 metr uzadılıb…