Hill: Lyuis istədiyinə nail olub – özü və komandası üçün

1996-cı il dünya çempionu, Sky Sports-un şərhçisi Deymon Hill Mercedes-in tərəqqisini müsbət qiymətləndirib.

F-1.az xatırladır ki, Barselonada komanda podium dublu edib – komandanın sürücüləri yalnız Maks Ferstappenə uduzublar…

Deymon Hill: “Mercedes yarışda sübut etdi ki, onlar Aston Martin və Ferrari təhlükəsini aerodinamik səmərəliliyin və maşının təkərlərlə işləmə qabiliyyətinin vacib olduğu bir trasda uğurla dəf ediblər.

Bütün trasslar fərqlidirlər, lakin Barselona bolidin ümumi səmərəliliyini və onun aerodinamik tarazlığını qiymətləndirə biləcəyiniz yerlərdən biridir. Buna görə də Red Bull, ən azı Maksın simasında dominant idi, lakin Mercedes üçün ümidverici əlamətlər var idi.

Ola bilsin ki, onlar maşından daha da çox sıxa biləcəklər, amma şübhə edirəm ki, bu, Red Bull-u qabaqlamağa imkan verəcək, çünki şassi mövsümün sonuna kimi olduğu kimi qalacaq.

Barselonada Lyuis dedi: “Mən bu maşını sürməyi sevirəm.” Bu, yaxşı əlamətdir, o, uzun müddətdir ki, komandadan bu barədə soruşurdu – indi nəticə var. O, məqsədinə çatdı – özü və komanda üçün.

Mövsümün sonuna qədər Red Bull-a çatmaq onlar üçün çox çətin olacaq, lakin ciddi qüvvə kimi möhkəmlənə bilsələr, bunu da qələbə hesab etmək olar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*