Hill: Ferstappenin çempionatdan getmək təhdidi çox realdır

Maks Ferstappen dəfələrlə bildirib ki, həftəsonu formatının dəyişdirilməsi və sprintlə mərhələlərin sayının artırılması xoşuna gəlmir.

F-1.az xatırladır ki, Avstraliyada son çempion bildirib ki, “biz 24, 25 Qran Prinin olacağı mövsümlərə yaxınlaşırıq. Eyni zamanda həftəsonu daha çox tədbir əlavə etsək, bundan həzz ala bilməyəcəyəm”.

Sky Sports-un efirində 1996-cı ilin dünya çempionu Deymon Hill niderlandlının bu sözünü şərh edib …

Deymon Hill: “Razılaşın, Maksdan belə sözləri eşitmək olduqca qəribədir, lakin onların mənası aydındır. Yarışdan həzz almaq çox vacibdir. Etdiyiniz işi sevməlisiniz, əks halda bu, başağrısına çevriləcək.

Mənə elə gəlir ki, o, vaxtını yalnız dəyişiklik naminə düşünülmüş dəyişikliklərə sərf etmək istəmir. O, Formula 1-ə Qran Pri qazanmaq üçün gəlib ki, bu qələbələr nəsə məna kəsb edir. Daha sonra heç kim soruşmayacaq: “Neçə sprint qazanmısan?” Hamı yalnız Qran Prini qazanmaqda maraqlıdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*