Herta Andretti üçün daha bir poul qazanıb

Gecə yarıdan sonra okeanın o tayında İndyCar çempionatında əfsanəvi Road America trasında mövsümün 8-ci yarışının sıralanma turu baş tutub.

F-1.az xəbər verir ki, ənənəvi olaraq mübarizə gərgin olub və nəticə sessiya başa çatdıqdan bir müddət sonra elan olunub.

Sürücülər əvvəlcə qaydalara əsasən iki qrupda mübarizə aparıblar. A Qrupunda protokollara Andretti komandasından Kolton Herta başçılıq edib. Ondan başqa Bancamin Pederson, Devlin deFrançesko, Cozef Nyuqarden, Kayl Körkvud və Santino Feruççi mövbəti sessiyaya vəsiqə qazanıblar. B qrupunda isə McLaren-in sürücüsü Pato O Vard hamıdan sürətli olub. Onunla yanaşı Kristian Lundqard, Markus Armstronq, Aleks Rossi, Markus Eriksson və Aleks Palou növbəti sessiyaya yüksəliblər.

İkinci sessiya bu 12 sürücünün iştirakı ilə baş tutub. Yenə də Kolton Herta bütün rəqiblərini qabaqlayıb. Ona cəmi 0.0096 saniyə uduzan mövsümün lideri Aleks Palou ikinci olub. Bu ikilidən başqa Kayl Körkvd, Pato O Vard, Cozef Nyuqarden və Aleks Rossi son sessiyada mübarizəni davaç etdirmək şansı qazanıblar.

Super poul adlanan son sessiyada mübarizə son saniyələrədək davam edib. Əvvəlcə sürücülər müxtəlif təkər tərkibləri ilə trasa çıxıblar. Sonda isə hamı yumşaq təkər tərkibi ilə trasa qayıdıblar. Poul uğrunda mübarizə isə Herta və McLarend-ən Pato O Varda arasında gedib və yekunda hakimlər Andretti komandasının sürücüsünü qalib elan ediblər.

Beləliklə, bazar günü axşam baş tutacaq yarışda Kolton pouldan start alacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*