Herbert: Rassell ikinci sürücü olmayacaq

Keçmiş Formula1 sürücüsü Conni Herbert 2023-cü ildə Mercedes-də sürücülər arasında daha sərt mübarizə gözləyir...

F-1.az xəbər verir ki, bu il komandanın debütantı 7 qat dünya çempionunu cüzi olsa da, üstələyə bilib…

Conni Herbert: “İlin sonunda Əbu Dabidə Mercedes-in inkişafı ilə bağlı qarışıq rəylər eşitdim. Bəziləri yellənməni tam anlamadıqlarını, bəziləri isə əksini söyləyirdi. Corc Rassellin parlamağa davam etməsini istərdim, lakin Lyuis Həmiltonun sürətini itirmədiyini göstərən bütün əlamətlər var. Ümid edək ki, maşının konseptindəki dəyişiklik Mercedes-ə 2022-ci ildə həqiqətən çox şey öyrəndiyini sübut etməyə imkan verəcək.

Corc və Lyuisin qalib gəlməyi bacaran maşının sükanı arxasında mübarizəsi çempionatın bəzəyi olardı. İki britaniyalı – səkkizinci tituluna can atan yeddiqat dünya çempionu, ilk titulunu qazanmaq arzusunda olan gənc perspektivli sürücüyə qarşı. Russell heç vaxt ikinci olmaqla razılaşmayacaq – bu, Həmilton və Rosberq arasında olduğu kimi prinsipial mübarizədir.

Red Bull favorit olaraq qalacaq, lakin bu il Ferrari və Mercedes ara-sıra onları məğlub etməyi bacarıblar, ona görə də hər şey mümkündür. Düşünürəm ki, büdcə limitini aşmaqla aerodinamik boruda az vaxt keçirmək cəriməsi Red Bull-a Ferrari və Mercedes-lə bağlı problemlər kömək etdiyi qədər mane olmayacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*