Herbert: Ferstappen tarixin ən yaxşı sürücülərindən biridir

Maks Verstappen mövsümün üç yarışından sonra sürücülər sıralamasında inamla liderlik edir və 2023-cü ildə üçüncü çempionluq titulunu qazanacağını iddia edir.

F-1.az xəbər verir ki, keçmiş Formula1 sürücüsü Conni Herbert artıq Red Bull komandasının liderini tarixin ən yaxşılarından biri hesab edir.

Conni Herbert: “Mənim üçün Maks artıq ən yaxşı sürücülərdən biridir. Sürücüləri qiymətləndirərkən həmişə sabitliyə fikir verirəm və Maks səhv etmir. Hələ ilk titul qazanmamışdan əvvəl hamı onun çox şeyə qadir olduğunu, çox şeyə nail olacağını deyirdi.

Mən Maksı izləməyi xoşlayıram – onun trasdakı hərəkətlərinə heyranam. Məndə eyni güclü təəssüratı bir neçə il əvvəl Lyuis Həmiltonun pilotluğu yaratdı. Onun karyerası hələ bitməyib, amma “vau faktor”u keçmişdə qalıb.

Yarışda Maks dirsəklərindən necə istifadə edəcəyini bilir və bu pilotluq tərzi haqqında nə düşünürsünüzsə, bu, trasda mübarizənin ayrılmaz hissəsidir. Maks sükan arxasında inanılmaz şeylər etməyi bacarır. O, indi əla işləyir, lakin Maksın bütün dövrlərin sürücülər reytinqində hansı yeri tutduğunu söyləmək mənim üçün çətindir. Zamanlar fərqli idi, ona görə də müqayisə etmək çətindir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*