Hər şey Honda-dan asılıdır

Yaponiya Qran Prisinin baş tutması Honda-dan asılıdır.

F-1.az bildirir ki, Yaponiyada epidemik vəziyyət ürəkaçan deyil. Olimpiada azarkeşsiz keçiriləcək, oktyabrda nəzərdə tutulan iki avtoidman yarışı isə, ümumiyyətlə, ləğv olunub.

Əvvəlcə MotoGP çempionatı Moteqidəki yarışın, daha sonra isə WEC çempionatı Fudzidəki 6 saatlıq marafonun ləğv olunmasını elan etdi. Çox güman ki, eyni aqibət F1 və ralli yarışlarını da gözləyir…

Amma yerli media hesab edir ki, Suzukada F1 yarışını azarkeşsiz olsa da, keçirmək mümkündür. Belə ki, tras Honda şirkətinə məxsusdur, yaponlar isə çempionatı tərk edəcəklərini artıq bildiriblər. Ona görə də əgər HONDA istəyərsə, vida yarışını gözəl təşkil edə bilər – hətta azarkeşsiz, yəni daha böyük zərəri üzərinə götürməklə. Danışıqlar hələ davam edir…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*