F-1.az bildirir ki, fransız komandası BWT şirkətini titul sponsoru olaraq götürüb və buna görə də bolidin ön və arxa qanadı, yan saydpodları çəhrayı rəngə boyanıb.
Komanda yeni eradan əvvəl idarə heyətində bəzi dəyişikliklər edib. Formula1 komandasına Otmar Safnauer gətirilib. FİA-nın sabiq əməkdaşı Bruno Famin isə mühərrik şöbəsinin şefi olub.
Loren Rossi: “Bu il birdən çox hədəfimiz var. Beşinci yer bizim üçün minimum hədəfdir. İndiyə qədər bütün hədəflərimizə çatdıq və inkişafdan razıyıq. Bu il hər şey müəmmalıdır. Trasa çıxana qədər harada olduğumuzu bilməyəcəyik. Əsas başladığımız yox, bitirdiyimiz yerdir. İl ərzində inkişaf etməliyik.
Komanda işinə və hörmətə inanan insanam. Nə olursa-olsun, işimizi sevməliyik. Yaxşı performansın əsas səbəbi komanda işidir. Həmişə belə olub və olacaq. Komanda olaraq hamımız yarışçılarıq və yarışdan həzz alacağıq. Belə olan halda uğur gələcək”.