Həmyerlimiz Ferrari-nin dizaynını təkmilləşdirib

Biz artıq xəbər vermişdik ki, həmyerlimiz Samir Sadıxov Dünya Ferrari Dizayn müsabiqəsində ikinci yeri tutmuşdu və Ferrari Xezri konsepsiyası ilə İtaliya şirkətinin diqqətini cəlb etmişdi...

Dünən nüfuzlu CarBuzz resursu həmyerlimizin həmin konsepsiyanı davam etdirərək daha da təkmilləşdirməsi barədə yazı dərc edib. Sadıxov “xəzri küləyi kimi sürətli olan” maşının yarış variantını hazırlayıb – maşın yeni aerodinamik elementlərlə zənginləşib. Düzdür, resursun işçiləri yeniliklərin McLarenP1 maşınını xatırlatdığını söyləyiblər, amma eyni zamanda ümid ediblər ki, Ferrari şirkəti də bu yeniliklərə diqqət yetirsə, daha yaxşı olar.

xezri-2
xezri-3
xezri-4
xezri-5
xezri-6

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*