Həmiltonun tələbləri məlum olub

Britaniyalı sürücünün Mercedes komandası ilə yeni müqavilə bağlamaq üçün hansı tələbləri irəli sürdüyü aydınlaşıb.

F-1.az xəbər verir ki, Mail qəzetinin yazdığına görə, Həmilton 15 milyon funt-sterlinq zəmanətli bonusla yeni uzunmüddətli müqaviləyə nail olmaq istəyir. Mercedes isə yeddiqat dünya çempionu ilə uzadılma opsiyalı yalnız bir illik müqavilə bağlamağa hazırdır.

Həmiltonun yarış karyerasını başa vurduqdan sonra Almaniya komandasının səfiri vəzifəsini üzərinə götürmək istədiyi də bildirilir. Əslində Həmiltonun istəyi 200 milyon funt sterlinq dəyərində 10 illik müqavilədir. Bu bənd həm də müqavilə üçün problemdir.

Bəzi şayiələrə görə, son illərdə çempion olmağa imkan verən maşın hazırlaya bilməyən Mercedes-də qalmaq Lyuisin çox da ürəyincə deyil. Digər tərəfdən Ferrari-nin ona illik 50 milyon avroluq müqavilə təklif etməyə hazır olduğu da bildirilir.

Həmilton cari mövsümdə 102 xalla dördüncü sırada qərarlaşıb. O, Red Bull sürücüləri ilə yanaşı, Fernando Alonsodan geri qalır.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*