F-1.az xatırladır ki, dekabrın 15-də FİA Abu Dabi yarışının son dövrələrini və yarış direktoru Maykl Masinin hərəkətlərini araşdırmağa başladığını elan etmişdi. Sky Sports-un şərhçisi Kreyq Sleyter hesab edir ki, Lyuis Həmiltonun Formula1-də karyerasını davam etdirməsi birbaşa bu araşdırmanın nəticələrindən asılıdır.
Kreyq Sleyter: “Yeni mövsümün ilk Qran Prisinə 69 gün qalıb, amma biz hələ də bilmirik ki, Lyuis Həmilton starta çıxacaqmı.
Aydındır ki, Mercedes bu araşdırmanın konkret nəticələrini görmək istəyir. Komandadakı yüksək səviyyəli mənbə mənə dedi ki, FİA nəticələrin elanını nə qədər gecikdirsə, Həmiltonla bağlı vəziyyət bir o qədər pis olacaq”.