Həmiltonun qardaşı Mercedes-in simulyatorunda işləyib

Formula1-in yeddiqat çempionu Lyuis Həmilton serebral iflicdən əziyyət çəkən kiçik qardaşı Nikolasın Brəklidəki bazada Mercedes-in simulyatorunda test keçirməsini təşkil edib.

F-1.az xəbər verir ki, xəstəliyinə baxmayaraq, Nikolas müxtəlif seriyalrda yarışır, uyğunlaşdırılmış avtomobillə BTCC-də tam mövsümdə iştirak edir. Elə simulyatorda da istədiyi hər şey alınıb.

Təxminən iki həftə əvvəl baş tutan sessiyadan sonra Hamilton sosial şəbəkələrdə qardaşının Mersedesdə çəkdirdiyi bir neçə şəklini paylaşıb və həmin günün necə keçdiyini danışıb.

Lyuis Həmilton: “Bir neçə ay əvvəl Nikolas və mən komandadan bu günü təşkil edə biləcəyimizi soruşduq. Simulyatorda keçirilən istənilən vaxt bahalıdır, adətən qardaşım kimi insanlar üçün, ümumiyyətlə, əlçatan deyil, ona görə də oturacağın, sükanın və pedalların dizaynında xüsusi dəyişikliklər etməli olduq.

Nəticədə, Nikolas bütün günü simulyatorda keçirdi və belə bir fürsət əldə edən ilk əlil oldu.

O, həmişə mübariz olub, heç vaxt təslim olmayıb və onu belə bir gündə görmək çox xoş idi. O, bu işdən böyük həzz alaraq təbəssümünü heç kəsmirdi. Qardaşımın arzusunu reallaşdırdığı üçün Mercedes-ə təşəkkür edirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*