F-1.az xəbər verir ki, Toto Volff da onu komandadan buraxmaq istəmir və qışda müqavilə barədə müzakirələrə başlamaq niyyətindədir.
Toto Volff: “Biz hələ danışıqlara başlamamışıq. Çünki mövsümü başa vurmaq istəyirik. Sonra – qışda müzakirələrə vaxt tapacağıq. Keçən dəfə də bunu qışda etmişdik və 2 ay davam etmişdi. Lyuis bizim üçün bir sürücüdən daha artıq məna kəsb edir. Onun təqaüdə çıxması barədə ümumiyyətlə danışmırıq, lakin onun səfir kimi rolu, əlimizdəki çoxsaylı sponsorlar və tamaşaçılara təsir gücü barədə danışmaq vacibdir”.