Həmiltonun komandası çempion olub

Yeddiqat dünya çempionuna məxsus X44 komandası Extreme E elektrik yolsuzluq avtomobilləri seriyasının çempionu olub.

F-1.az xəbər verir ki, Uruqvayda keçirilən final mərhələsində komandanın sürücüləri, fransız əfsanəvi Sebastyen Löb və ispaniyalı Kristina Qutyerres üçüncü yeri tutublar ki, bu da titulunu təmin etmək üçün kifayət edib.

Həmiltonun komandası Niko Rosberqin sahibi olduğu Rosberg X Racing komandasını cəmi üç xal qabaqlayıb. Maraqlıdır ki, Rosberqin komandası son mərhələyə kimi lider olub.

Uruqvayda keçirilən mərhələnin qalibləri ABT Cupra XT komandasında çıxış edən üçqat Dakar çempionu qətərli Nasser Əl-Attiyah və isveçli Klara Andersson olub. Bu, onların Extreme E seriyasındakı ilk qələbəsidir.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*