Həmiltonun fizioterapevti işdən ayrılıb

Lyuis Həmilton 7 ildir birlikdə işlədiyi Anjela Kallenin bundan sonra şəxsi məşqçisi və fizioterapevti kimi fəaliyyət göstərməyəcəyini təsdiqləyib.

F-1.az xəbər verir ki, keçmiş xokkeyçi olan zelandiyalı Anjela bu həftəsonu Lyuisə kömək edəcək. Lakin hər iki tərəf sosial şəbəkədə bundan sonra birlikdə çalışmayacaqlarını elan edib.

Lyuis Həmilton: “Son yeddi il ərzində Anjela mənim yanımda olub, daha yaxşı olmağıma kömək edib. Onun sayəsində nəinki fiziki cəhətdən gücləndim, həm də bir insan kimi inkişaf etdim. Ümid edirəm ki, Anjela öz arzularına doğru növbəti addımı atmaqda qərarlı olduğu üçün ona ən yaxşısını arzulayarkən mənə qoşulacaqsınız. Hər şey üçün təşəkkür edirəm və gələcəkdə nə baş verəcəyini səbirsizliklə gözləyirəm”.

Anjela Kallen: “Düz yeddi il əvvəl bu gün mən ilk dəfə Avstraliya Qran Prisində Formula1 padokunda idim. Bu gün məni yeni macəranın gözlədiyi xəbərini bölüşməkdən məmnunam.

Lyuis, sən bütün zamanların ən yaxşı yarışçısısan! Səninlə işləmək mənim üçün həm böyük şərəf, həm də zövq idi – səninlə və bütün nailiyyətlərinlə fəxr edirəm. Dəstəyinə və mənə inandığın üçün təşəkkür edirəm! Karyeranın növbəti fəslini izləmək mənim üçün çox maraqlı olacaq – sənin üçün mümkünsüz heç nə yoxdur. Özünə inanmağa davam et!”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*