F-1.az xəbər verir ki, Həmiltonun bu uğurlu seriyanı davam etdirməsi üçün yalnız Əbu Dabidə şansı olacaq. Bununla belə, Mercedes komandasının rəhbəri Toto Volff San Pauludakı yarışı bitdikdən sonra bildirib ki, Lyuisin Yas Marinada qələbəsi komandanın prioritetləri arasında deyil.
Toto Volff: “Mən Lyuisin qələbəsinin bizim üçün prioritet olmasına ehtiyac duyduğunu düşünmürəm. Gələn il titul uğrunda mübarizə aparmağa imkan verən maşın üzərində işləmək hər mövsüm qələbə qazanmaqdan daha vacibdir. Komandamız trasda pilotlarımız arasında bərabər mübarizəyə həmişə üstünlük verib. Pilotlardan biri çempionluq üçün riyazi şanslarını itirənə qədər bunun üçün çalışmışıq. San Pauluda da onlar arasında rəqabət gözləyirdik”.