F-1.az xəbər vermişdi ki, üçqat dünya çempionu bu mövsüm istifadə edəcəyi dəbilqənin dizaynı ilə bağlı azarkeşlərdən kömək istəyib və müsabiqə elan edib.
Lyuis Həmilton: “İnanırsız, 8000 eskiz! Həqiqətən də bəzi variantlar çox maraqlıdır. Artıq müsabiqə başa çatıb və mən indi onlara baxmaq və ən xoşuma gələni seçmək niyyətindəyəm. Baxılmalı olan çox şey var və bu, vaxt tələb edir. Lakin ümid edirəm ki, yaxın günlərdə qalibi elan edərəm”.