Həmiltonla danışıqlar mövsüm başladıqdan sonra davam edəcək

Xatırladaq ki, Lyuis Həmiltonun Mercedes-lə müqaviləsi bu ilin sonunda başa çatır.

F-1.az bildirir ki, bu gün yeni sponsorun təqdimatı zamanı komandanın başçısı Toto Volff sürücüsü ilə müqaviləni uzatmaq üçün danışıqların mövsüm başladıqdan sonra davam edəcəyini söyləib.

Toto Volff: “Düşünürəm ki, hər iki tərəf əməkdaşlığın davam etdirilməsində maraqlıdır. Biz komanda kimi ən sürətli sürücü ilə yarışmaq istəyirik, Lyuis isə ən sürətli maşını idarə etmək istəyir. Ona görə də ortaq məxrəc aşkardır.

Lyuis və mən il ərzində on ay birlikdə dünyanı gəzirik və hər ikinci həftəsonu bir-birimizin zəhləsini tökürük, buna görə qışda bir-birimizi tək buraxırıq, bir-birimizdən dincəlirik. Sonuncu dəfə onunla Miladdan əvvəl axşam danışdım. Gözəl söhbət etdik və razılaşdıq ki, Amerikadan qayıtdıqdan və mövsümə başladıqdan sonra gələcəyinin müzakirəsini davam etdirək”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*